Tikinti və təmirdən sonrakı təmizlik işləri

Ümid edirik ki, Siz bizim daimi müştərimiz olacaqsınız!

Təmizlik xidmətləri

  • Əgər düzgün köməkçi tapmasanız təmirdən sonra təmizlik işləri əsl dəhşətə çevrilə bilər. “Southland” şirkəti rahatlığa önəm verən müştəriləri üçün təmirdən sonra müasir və peşəkar təmizləmə təklif edir.

Tikinti və ya təmirdən sonra istənilən məkan yaşayış və ya iş yerini deyil sanki tozlu anbarı xatırladır. Elə bir yeri ki, orada əşyalar əvəzinə nədənsə zibil saxlanılır. Məkanın istifadəyə yararlı hala salınması üçün təmirdən sonra kompleks təmizlik işlərinin yerinə yetirilməsi tələb olunur. İnşaat təmir prossesinin nəticələri özünü inşaat zibilindən ibarət qalaq-qalaq zibil topalarında, səthin üzərindəki ləkələrdə, toz və çirkdə, ləkələnmiş pəncərələrdə və s. də göstərir.
İnşaat işlərindən sonrakı təmizlik aşağıdakıları tələb edir:

  • vaxt;
  • peşəkar işçilər;
  • xüsusi yuyucu vasitələr.
  • Təmirdən sonra evin təmizlənməsini ehtiyatla həyata keçirmək lazımdır. Belə ki, istənilən səhv hərəkət, məsələn, yanlış təmizləyici vasitədən istifadə, səthdə zədələrə gətirib çıxara bilər.